CNN Polşa faciəsi ilə əlaqədar Gürcüstan hadisələrinin işıqlandırılmasını təxirə salıb

Siyasət Materials 12 Aprel 2010 10:39 (UTC +04:00)
Polşa faciəsi ilə əlaqədar "CNN International I-List"in üçüncü buraxılışında Gürcüstan hadisələrinin işıqlandırılması təxirə salınıb. Bu barədə CNN-nin Tbilisi bürosu məlumat yayıb.
CNN Polşa faciəsi ilə əlaqədar Gürcüstan hadisələrinin işıqlandırılmasını təxirə salıb

Gürcüstan, Tbilisi, 12 aprel /Trend, müxbir N.Kirsxaliya/

Polşa faciəsi ilə əlaqədar "CNN International I-List"in üçüncü buraxılışında Gürcüstan hadisələrinin işıqlandırılması təxirə salınıb. Bu barədə CNN-nin Tbilisi bürosu məlumat yayıb.

Büronun məlumatına görə, Gürcüstanın əvəzinə yaxın günlərdə efirdə Varşava hadisələri haqqında reportajlar və verilişlər göstəriləcək.

"Biz Gürcüstan haqqında verilişin təxirə salınmasını düzgün hesab edirik, çünki Polşanın kədərinə Gürcüstan da qoşulub. CNN qlobal informasiya yayan teleşirkət olduğundan, öz efirində Polşa hadisələrinə lazımi vaxt ayıracaq. Bu faciə təkcə Polşaya deyil, həm də bütün Avropaya təsir edib. Gürcüstan haqqında veriliş qüvvədə qalır, lakin bu veriliş CNN-nin efirində bir qədər gec göstəriləcək", - bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti