...

Azərbaycanın hakim partiyası Parlament seçkisinə namizədlərin vahid siyahısı ilə gedəcəyinə çalışacaq

Siyasət Materials 13 Aprel 2010 14:15 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Parlament seçkisinə namizədlərin vahid siyahısı ilə gedəcəyinə çalışacaq.
Azərbaycanın hakim partiyası Parlament seçkisinə namizədlərin vahid siyahısı ilə gedəcəyinə çalışacaq

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası Parlament seçkisinə namizədlərin vahid siyahısı ilə gedəcəyinə çalışacaq.

"Hər bir siyasi partiya bir dairədən bir nəfərin namizədliyini irəli sürə bilər. Bir dairədən bir partiyanın iki namizədinin irəli sürülməsi isə politoloji və siyasi baxımdan bir qədər anlaşılmaz qəbul olunur", - çərşənbə axşamı Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Qurbanlının sözlərinə görə, əvvəlki seçkilərdə olduğu kimi, bu problemlə yenidən üzləşməmək üçün müəyyən tövsiyə verilib. "Rayon təşkliatlarına tapşırııb ki, deputatlığa namizəd müəyyənləşdirildikdən sonra, partiyanın digər üzvlərinin namizədliyi məsələsi ortaya çıxmamalıdır", - icra katibinin müavini əlavə edib.

Onun fikrincə, partiya daxilində bu məsələ birdəfəlik və birmənalı şəkildə həll edilməlidir. "Çalışacağıq, gələcəkdə hər hansı üzvümüzün partiyanın rəsmi namizədinin dairəsindən alternativ olması praktikasına bir daha yol verməyək", - Qurbanlı vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti