...

" Azərbaycanın Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" qanun qüvvəyə minmişdir

Siyasət Materials 14 Aprel 2010 02:08 (UTC +04:00)
Azərbaycan Preizdenti İlham Əliyev çərşənbə axşamı “Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzalamışdır.
" Azərbaycanın Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" qanun qüvvəyə minmişdir

Azərbaycan Preizdenti İlham Əliyev çərşənbə axşamı "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzalamışdır. Bu məlumatı AzərTAc dövlət informasiya agentliyi yaymışdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasının təmin edilməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi;

öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etməsi tapşırılsın.

Xatırladaq ki, Azərbaycanın Milli məclisi Azərbaycanın Dəvəçi rayonunun adınının dəyişdirilərək Şabran rayonu adlandırılmasını, Dəvəçi rayon inzibati ərazi vahidinin Şabran rayon inzibati ərazi vahidi hesab edilməsini, Dəvəçi şəhər inzibati ərazi dairəsi tərkibindəki Dəvəçi şəhərinin Şabran şəhəri adlandırılmasını, Dəvəçi şəhər inzibati ərazi dairəsinin Şabran şəhər inzibati ərazi dairəsi hesab edilməsini qərara almışdır.

Xəbər lenti

Xəbər lenti