...

Azərbaycanın paytaxtında saxta pul kəsən dəstə zərərsizləşdirilib

Siyasət Materials 14 Aprel 2010 11:07 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Azərbaycanın paytaxtında saxta pul kəsən dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında saxta pul kəsən dəstə zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, saxta pul əsginazlarının hazırlanması və satışı ilə məşğul olduğuna görə Şüvəlan qəsəbə sakinləri Ramil Əliyev, Əbülfəz Quliyev və Ağarəsul Məmmədov yaxalanıblar.

Məmmədovun üstünə və mənzilinə baxış keçirilərkən müxtəlif nominasiyada 20 ədəd saxta əsginaz aşkar olunub. Cinayətdə istifadə etdikləri printer də maddi sübut kimi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti