Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir T.Hacıyev/
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğluna Azərbaycan Xarici Dillər Universitetinin fəxri doktoru adı verilib. Trend-in məlumatına görə, Çavuşoğlu bu gün universitetdə müəllim və tələbələrlə görüşüb.
Rektor Səməd Seyidov bildirib ki, Çavuşoğlu Azərbaycanın Avropaya inteqrasiyası üçün və Avropa dəyərlərinin Azərbaycana gətirilməsində çox işlər görüb. Universitetin Elmi Şurasının qərarı ilə ona fəxri doktor adı verilib.
Çavuşoğlu çıxışında bildirib ki, Azərbaycan AŞ üçün vacib ölkədir. Azərbaycanın Avropaya inteqrasiyası üçün AŞ-nin köməyinə ehtiyac var.
Mən siyasi fəaliyyətimlə bağlı doktorluq dərəcəsi ala bilməmişəm. İndi isə fəxri doktor adına layiq görülmüşəm. Bu, mənim üçün həyat qarantı oldu.
AŞ PA sədrinin aprelin 13-dən Azərbaycana rəsmi səfəri başlayıb. Çavuşoğlu bu gün Gəncə şəhərinə (paytaxt Bakıdan 365 kilometr məsafədə yerləşir) də gedəcək.