...

Azad seçkilərin keçirilməsi Azərbaycanın Avropa Şurasında onilliyinin qeyd olunması üçün ən yaxşı yoldur

Siyasət Materials 15 Aprel 2010 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Y.Ostapenko/

Noyabrda azad və ədalətli Parlament seçkilərinin keçirilməsi Azərbaycanın Avropa Şurasının tərkibində öz 10 illiyini qeyd etməsi üçün "ən yaxşı yol olacaq". Bunu AŞ Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu deyib. Bu barədə təşkilatın rəsmi məlumatında bildirilir.

Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasının sayca 43-cü üzvü olub.

Çavuşoğlu ötən il AŞ PA rəhbəri postuna təyin olunduqdan sonra, ilk dəfə aprelin 13-dən 16-dək Azərbaycanda rəsmi səfərdədir. Onun sözlərinə görə, dördgünlük səfərdə məqsəd ölkədə demokratik islahatların davam etdirilməsinin dəstəkləməsinin ifadəsidir.

"AŞ PA-nın monitorinqi, Venesiya Komissiyasının tövsiyələri və Avropa Şurasının digər proqramlarının töhfəsi sayəsində biz bu seçkilərin keçirilməsi üçün ən yaxşı şəraitin yaradılmasında hakimiyyətə kömək etməyə çalışırıq", - Çavuşoğlu deyib.

Azərbaycanda Parlament seçkiləri bu ilin payızında keçiriləcək. Ölkənin qanunvericilik orqanına son seçkilər 2005-ci ilin noyabrında olub.

"Əminəm ki, bu şərait bütün siyasi partiyaların, həm çoxluq partiyasının, həm də müxalifət partiyalarının birgə səyləri ilə tətbiq oluna bilər və mən də bu prosesə yardım göstərəcəyəm", - o deyib. - "Avropa Şurası bu prosesə yardım göstərə bilər, lakin işin özü Azərbaycan xalqı və siyasətçiləri tərəfindən görülməlidir".

Həmçinin, Çavuşoğlu 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı yaranmış Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini qeyd edib. Nəticədə, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

"AŞ PA 2005-ci ildə bu məsələ ilə bağlı qəbul olunmuş 1416 saylı qətnamədə öz mövqeyini aydın bildirib", - Çavuşoğlu deyib. - "Biz ümid edirik, münaqişə üzrə xüsusi komitənin yaradılması yolu ilə öz töhfəmizi verəcəyik. Bu çərçivədə Azərbaycan və Ermənistan deputatları bu çətin məsələdə irəliləyişə nail olmaq üçün AŞ PA-nın digər üzvləri ilə görüşə biləcəklər".

Çavuşoğlu AŞ PA ölkələrinə qarşı "ikili standartlar"dan qaçmaq üçün mümkün olan hər şeyi etmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, assambleya demokratiya və insan hüquqlarına tərəfdardır.

Xəbər lenti

Xəbər lenti