Ukraynanın hüquq elmləri doktoru Milli Aviasiya Akademiyasında mühazirə oxuyub

Siyasət Materials 15 Aprel 2010 15:18 (UTC +04:00)
MAA-nın mətbaut xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, aprelin 15-də ali təhsil ocağında beynəlxalq əlaqələr istiqamətində layihə gerçəkləşib.
Ukraynanın hüquq elmləri doktoru Milli Aviasiya Akademiyasında mühazirə oxuyub

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ukraynanın hüquq elmlər doktoru Milli Aviasiya Akademiyasında (MAA) terrorla mübarizə ilə bağlı mühazirə oxuyub.

MAA-nın mətbaut xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, aprelin 15-də ali təhsil ocağında beynəlxalq əlaqələr istiqamətində layihə gerçəkləşib.

Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru , general-mayor Vladimir Antipenkon "Beynəlxalq hüquq məkanında terrorla mübarizənin problemləri" mövzusunda MAA-nın müəllim və tələbə heyəti qarşısında mühazirə oxuyub.

Terrorun bu gün də dünyanı düşündürən bir problem olduğunu deyən alim bildirib ki, hüquqşünas alimlər bu qlobal problemə qarşı birgə mübarizə təklif edirlər.

Ukraynalı alim bu istiqamətdə Azərbaycanda görülən işlər, Prezident İlham Əliyevin beynəlxalq konfrans və simpoziumlardakı çıxışının əhəmiyyətindən danışıb.

Geopolitik sistemdə xüsusi mövqeyə malik olan Azərbaycanın bu sahədə üzərinə düşən vəzifənin ağırlığını xatırladan qonaq, gələcəkdə akademiyanın kollektivi ilə birlikdə layihələr həyata keçirəcəklərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti