Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Axundov/ Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Azərbaycana səfər edəcək.
O, bu barədə cümə axşamı Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klinton ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Biz hələ də Ermənistan ilə münasibətlərin normallaşması prosesini davam etdirmək niyyətindəyik. Biz bu barədə əzmli olduğumuzu Ermənistan və Amerika tərəfinin diqqətinə çatdırdıq", -Davudoğlu bildirib. Məlumatı CNN Turk telekanalı yayıb.
Azərbaycana səfər başa çatdıqdan sonra gələn həftə Türkiyə XİN rəhbəri İrana yola düşəcək.