Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda Seçki Məcəlləsinə dəyişikliklərdə məqsəd olmamalıdır və əsaslandırılmalıdır, - Trend-in məlumatına görə, bu təkliflə Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bildirib.
"Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı ATƏT və Venesiya Komissiyası ilə əməkdaşlığa hazırıq, lakin tövsiyələr əsaslandırılmalı və seçki qanunvericiliyinin praktik tətbiqinin təhlili aparılmalıdır. Son zamanlar ATƏT tərəfindən səslənəndirilən təkliflərin təhlili yoxdur", - Əliyev deyib.
ATƏT və Avropa Şurasının Venesiya Komissiyası seçki komissiyalarının paritet əsasda formalaşdırılması, seçki hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərin verilməsi və onlara baxılması mexanizmlərini tənzimlənməsi və digər məsələlərlə bağlı tövsiyələr edib.
Əliyevin sözlərinə görə, Seçki Məcəlləsinə qəbul olunduğu 2003-cü ildən bəri 10 dəfə əlavə və dəyişiklik edilib.
"Azərbaycan hökuməti ATƏT-in, Venesiya Komissiyasının tövsiyələrinin 90 faizinə qədərini Seçki Məcəlləsində tətbiq edib", - Prezident Administrasiyasının şöbə müdiri deyib.
Azərbaycanda noyabrın əvvəllərində Parlament seçkiləri keçiriləcək.