Gürcüstan, Tbilisi, 18 aprel /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti Mixail Saakaşvili Qırğızıstanın Müvəqqəti Hökumətinin sədri Roza Otunbayeva ilə telefonla danışıb.
Gürcüstan Prezidentinin rəsmi veb-səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, Otunbayeva humanitar yardıma görə Gürcüstan Prezidentinə təşəkkürünü bildirib.
Öz növbəsində Mixail Saakaşvili bütün məsələlərdə yardım göstərəcyini vəd edib.
Qırğızıstanda kütləvi aksiyalar və qarşıdurmadan sonra, müxalifət hakimiyyətə gəlib və Müvəqqəti Hökumət yaradıb. Toqquşmalar zamanı 70-dən çox adam həlak olub.