...

İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Bakıya gəlib

Siyasət Materials 20 Aprel 2010 15:53 (UTC +04:00)
İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibonun rəhbərlik etdiyi nümayəndə heyəti çərşənbə axşamı Bakıya gəlib.
İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Bakıya gəlib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Hüseynbala/

İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibonun rəhbərlik etdiyi nümayəndə heyəti çərşənbə axşamı Bakıya gəlib. Bu barədə Azərbaycan Parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclisdən bildiriblər ki, səfərin məqsədi hər iki ölkənin parlamentləri arasında əlaqələrin inikişaf etdirilməsinə, eləcə də digər sahələrdə münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində İndoneziya Parlamentinin nümayəndələri Milli Məclisdə bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti