...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası monitorinqləri başa çatdırıb

Siyasət Materials 21 Aprel 2010 12:48 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqini başa çatdırıb.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası monitorinqləri başa çatdırıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqini başa çatdırıb.

"MSK dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinə aprelin 5-də başlamışdı", - çərşənbə günü Trend-ə komissiyanın mətbuat xidmətindən bildirilib.

Monitorinqlərin aparılması üçün MSK üzvlərindən və Komissiya Katibliyinin əməkdaşlarından ibarət 6 qrup yaradılıb; həmin qruplar seçki prosesində DSK-ların üzərinə düşən vəzifələrin icrası, kargüzarlığın aparılması, DSK-ların maddi-texniki təchizatının vəziyyəti və digər məsələlərlə bağlı hərtərəfli yoxlamalar aparıblar. "Monitorinqlər 125 seçki dairəsi dairə seçki komissiyasını əhatə edib. Hazırda monitorinqlərin nəticələri ilə bağlı MSK-da araşdırmalar aparılır və nəticələrə komissiyanın iclasında qiymət veriləcək", - məlumatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti