...

Azərbaycanın hakim partiyası ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb

Siyasət Materials 21 Aprel 2010 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası idarə heyətinin növbəti iclası keçirilib.

"İdarə heyətinin iclasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün qeyd edilməsi ilə bağlı keçiriləcək tədbirlər müzakirə olunub", - çərşənbə günü Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildirilib.

Azərbaycanın mərhum prezidentinin ad günü ilə bağlı həyata keçiriləcək tədbirlərin çoxşaxəli olmasının və cəmiyyətin bütün təbəqələrini əhatə etməsinin zəruriliyi xüsusi vurğulanıb.

İclasda partiyanın son aylardakı fəaliyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı fikir mübadiləsi aparılıb. "Partiyanın rayon, şəhər təşkilatlarının aparat işçilərinin 2010-cu ilin mart-aprel aylarında keçirilmiş attestasiyasının nəticələri təhlil olunub", - məlumatda qeyd edilir.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti