Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yaymışdır.
Sərəncam, bu istiqamətdə görülən tədbirlərin daha da sürətləndirilməsi haqda 50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin müraciətlərini nəzərə alaraq, Astara-Lənkəran magistral avtomobil yolunda hərəkətin intensivliyinin artması nəticəsində yaranmış gərginliyin aradan qaldırılması ilə bağlı, onların daimi istifadə etdiyi Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədilə imzalanmışdır.
Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədilə Astara rayon İcra Hakimiyyətinə 3,5 milyon (üç milyon beş yüz min) manat məbləğində vəsait ayrılacaqdır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə vəsaitin maliyyələşdirilməsinin müəyyən olunmuş qaydada həyata keçirilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır.
İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalamışdır
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalamışdır