...

Azərbaycanın xarici işlər naziri İndoneziya Nümayəndələr Palatasının vitse-spikerini qəbul edib

Siyasət Materials 22 Aprel 2010 16:11 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziya Respublikasının Nümayəndələr Palatasının vitse-spikeri Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın xarici işlər naziri İndoneziya Nümayəndələr Palatasının vitse-spikerini qəbul edib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziya Respublikasının Nümayəndələr Palatasının vitse-spikeri Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı cümə axşamı XİN-in mətbuat xidməti yayıb.

Görüşdə Vibovo İndoneziya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək regionda cərəyan edən proseslərlə maraqlanıb.

Cavab olaraq nazir Məmmədyarov İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib və münaqişənin həllinə dair aparılan danışıqlar prosesinin cari vəziyyəti barədə qonaqlara ətraflı məlumat verib.

İndoneziya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan nazir Məmmədyarov hər iki ölkənin parlamentlərinin bu istiqamətdə fəaliyyətini vacib amil kimi qiymətləndirib.

Sonra tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti