Gürcüstan, Tbilisi, 26 aprel/Trend müxbir N.Kirsxaliya/
Bütün Gürcüstanın katolik patriarxı İkinci İlya Bakıda keçirilən dini liderlərin Ümumdünya sammitinə gələ bilməyib.
Gürcüstan Patriarxiyasından Trend-ə verilən məlumata əsasən, patriarx Çexiyada müalicəvi kurs keçir, həkimlərin israrı ilə bir neçə gün xəstəxanada qalmalı olacaq.
Baxmayaraq ki patriarx dinlərarası sammitdə iştirakı mühüm hesab edir, lakin o, həkimlərin israrından imtina edə bilməyib.
Bakıdakı sammitdə Gürcüstanı baş yepiskop Herosim təmsil edəcək.