...

Azərbaycan və Koreyanın hakim partiyaları arasında anlaşma Memorandumu imzalanıb

Siyasət Materials 28 Aprel 2010 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan və Koreyanın hakim partiyaları arasında anlaşma Memorandumu imzalanıb.

Azərbaycanın hakim partiyasının sədr müavini Koreya Respublikasının iqtidar Böyük Millət Partiyası "Hannara"nın sədri ilə görüşüb.

"Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov Koreya Respublikası Milli Assambleyasında Hannara partiyasının deputat heyətinin sədri Ahn Sanq Soo ilə görüşüb, YAP və Böyük Millət Partiyası "Hannara" arasında əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıb. Daha sonra YAP və "Hannara" arasında anlaşma Memorandumu imzalanıb", - çərşənbə günü Trend-ə Azərbaycanın Koreya Respublikasındakı Səfirliyindən bildirilib.

Koreya Respublikasının iqtidar Böyük Millət Partiyası "Hannara"nın dəvəti ilə bu ölkədə səfərdə olan Əhmədov bu gün Koreyanın Milli Assambleyasının sədri Kim Hyonqo tərəfindən qəbul edilib: "Görüş zamanı bir çox sahələr üzrə ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin iki ölkə parlamenti arasında əlaqələrin inkişaf məsələləri müzakirə olunub", - məlumatda vurğulanır.

Səfər proqramı çərçivəsində Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Koreya - Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Suh Byonq-su və işçi qrupun digər üzvləri ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti