...

Azərbaycan Prezidenti Koreya Milli Assambleyası üzvünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 28 Aprel 2010 17:24 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Koreya Respublikasının Milli Assambleyasının üzvü Sanq Dikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edb, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti Koreya Milli Assambleyası üzvünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Koreya Respublikasının Milli Assambleyasının üzvü Sanq Dikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Koreyanın Milli Assambleyasının üzvü Sanq Dikin Azərbaycana səfərinin uğurlu keçəcəyinə və əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirmişdir. Azərbaycanın Koreya ilə bundan sonra da fəal iqtisadi əlaqələr qurmasında maraqlı olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən müxtəlif layihələrdə Koreya şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib.

Koreya Milli Assambleyasının üzvü Sanq Dik Azərbaycanda son illər əldə edilən yüksək iqtisadi inkişafın ölkəsində maraqla izlənildiyini deyib. Qonaq Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəal iştirak etmək niyyətində olduğunu qeyd edərək, əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti