...

Azərbaycan gənclər təşkilatının sədri ABŞ Dövlət Departamentinin proqramında iştirak edəcək

Siyasət Materials 30 Aprel 2010 15:15 (UTC +04:00)
Demokratik İslahatlar Partiyasının (DİP) gənclər təşkilatının sədri Ramin Hacılı "Gənc fəallar üçün liderlik" proqramında iştirak edəcək. Tədbirin təşkilatçısı ABŞ Dövlət Departamentidir. Bu barədə partiyanın mətbuat xidmətinin məlumatında bildirilir.
Azərbaycan gənclər təşkilatının sədri ABŞ Dövlət Departamentinin proqramında iştirak edəcək

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Demokratik İslahatlar Partiyasının (DİP) gənclər təşkilatının sədri Ramin Hacılı "Gənc fəallar üçün liderlik" proqramında iştirak edəcək. Tədbirin təşkilatçısı ABŞ Dövlət Departamentidir. Bu barədə partiyanın mətbuat xidmətinin məlumatında bildirilir.

ABŞ səfəri zamanı Hacılı Ağ ev, Dövlət Departamenti, Konqres, Senat, müstəqil fondlar və QHT-lərdə görüşlər keçirəcək, ABŞ-ın beş ştatında icma mədəniyyəti və vətəndaş cəmiyyəti strukturları ilə tanış olacaq, təcrübə mübadiləsi aparacaq.

Xəbər lenti

Xəbər lenti