...

Türkiyədə iki nəfəri öldürməyə görə axtarışda olan şəxs Azərbaycanda tutuldu - DİN

Siyasət Materials 30 Aprel 2010 17:16 (UTC +04:00)
Azərbaycanın Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfəri odlu silahla qətlə yetirdiyinə və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğuna görə Türkiyə Respublikasının daxili işlər orqanları tərəfindən axtarışda olan Sarıbaş Mehmet Erdal Sumqayıt şəhəri ərazisində yaxalanıb. Bu barədə cümə günü Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Türkiyədə iki nəfəri öldürməyə görə axtarışda olan şəxs Azərbaycanda tutuldu - DİN

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/ Azərbaycanın Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfəri odlu silahla qətlə yetirdiyinə və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğuna görə Türkiyə Respublikasının daxili işlər orqanları tərəfindən axtarışda olan Sarıbaş Mehmet Erdal Sumqayıt şəhəri ərazisində yaxalanıb. Bu barədə cümə günü Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, o, özünü Türkiyə vətəndaşı Ölməz Mustafa Zəkəriyyə kimi təqdim edərək saxta sənədlərlə Sumqayıt şəhərində yaşamış və orada ailə qurub.

Sarıbaş Mehmet Erdal ilkin dindirmə zamanı törətdiyi cinayətləri - 2001-ci ildə Türkiyənin Kilis şəhərində odlu silahdan istifadə etməklə iki nəfəri qətlə yetirdiyini və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu tam etiraf edib.

Hazırda onun ekstradisiyası üçün müvafiq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti