...

Bakıda ötən ay yol hərəkəti qaydalarının pozuntularına dair hesabat açıqlanıb

Siyasət Materials 4 May 2010 11:35 (UTC +04:00)
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev çərşənbə axşamı Trend-ə bildirib ki, yol hərəkəti qayda pozuntusu törətmiş sürücülər inzibati qaydada cərimələniblər. Onlardan 1392-si yerində cərimələnib. Qeydə alınan pozuntuların 1077-si avtomobilin sərxoş, 98-i dövlət nömrə nişansız, 963-ü sürücülük vəsiqəsi olmadan, 392-si pərdə və plyonkalı idarə olunması, 164-ü tabe olmama, 1453-ü işıqforun qırmızı işığında keçmə, 3046-sı ötmə qaydalarını pozma ilə bağlıdır.
Bakıda ötən ay yol hərəkəti qaydalarının pozuntularına dair hesabat açıqlanıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda aprel ayında 18 min 747 yol hərəkəti qayda pozuntusu qeydə alınıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev çərşənbə axşamı Trend-ə bildirib ki, yol hərəkəti qayda pozuntusu törətmiş sürücülər inzibati qaydada cərimələniblər. Onlardan 1392-si yerində cərimələnib. Qeydə alınan pozuntuların 1077-si avtomobilin sərxoş, 98-i dövlət nömrə nişansız, 963-ü sürücülük vəsiqəsi olmadan, 392-si pərdə və plyonkalı idarə olunması, 164-ü tabe olmama, 1453-ü işıqforun qırmızı işığında keçmə, 3046-sı ötmə qaydalarını pozma ilə bağlıdır.

Ötən ay sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 415, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı 3208 fakt qeydə alınıb.

Şəhər polisi aprel ayında 52 avtoxuliqan saxlayıb.

Aprelin 15-dən mayın 15-dək Bakıda piyadalarla bağlı keçirilən təhlükəsizlik aylığının ilk 15 günündə piyadalar tərəfindən 3078 qayda pozuntusu aşkar edilib və onlar inzibati qaydada cəzalandırılıblar.

Ötən il ərzində paytaxtda piyadalarla bağlı 4129 qayda pozuntusu aşkarlanmışdı.

Hənifəyev bildirib ki, ötən ay Bakida 87 yol qəzası qeydə alınıb və nəticədə 15 nəfər həlak olub, 92 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti