...

Qanunvericilərlə icra hakimiyyəti arasında qanun layihəsi işləri planlarının qarşılıqlı razılaşdırılması təcrübəsi adi prosedurdur - Şahin Əliyev (MÜSAHİBƏ)

Siyasət Materials 4 May 2010 15:55 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevlə müsahibə
Qanunvericilərlə icra hakimiyyəti arasında qanun layihəsi işləri planlarının qarşılıqlı razılaşdırılması təcrübəsi adi prosedurdur - Şahin Əliyev (MÜSAHİBƏ)

Azərbaycan Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevlə müsahibə

- Son vaxtlar özünü müxalifətçi kimi qələmə verən bəzi qəzetlərdə Azərbaycanda konstitusiya çevrilişinin baş verdiyini iddia edən məqalələr dərc olunub. Buna səbəb Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya qanunu layihəsinin parlamentə təqdim olunmasıdır. Bu qanunun predmetinin bilavasitə Sizin şöbənin fəaliyyət sahəsinə daxil olduğunu nəzərə alaraq, biz məsələnin izah edilməsi üçün Sizə müraciət etməyi qərara aldıq. Söhbət hansı konstitusiya çevrilişindən gedir?

- Guya həyata keçirilən konstitusiya çevrilişində "dərin məzmunlu" müzakirələrə səbəb qanun layihəsinin 43.1-ci maddəsi olub. Məqalə müəllifləri iddia edirlər ki, bu maddəyə görə Milli Məclisdə qanun layihəsi işlərinin planı Prezidentlə mütləq razılaşdırılmalıdır, bundan sonra Azərbaycan Respublikası Prezidentinin razılığı olmadan parlament heç bir qanun qəbul edə bilməz. 43.1-ci maddənin mətnində eynilə bunlar yazılıb: " Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələri işlərinin qarşılıqlı razılaşdırılmış illik planlarını işləyib hazırlayırlar". Söhbət qarşılıqlı razılaşdırmadan gedir. Əgər məqalə müəlliflərinin məntiqinə riayət etsək, onda iddia etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti də Prezident Administrasiyasının qanunvericilik işləri planına bir dənə də olsun layihə daxil edə bilməz. Demokratik dövlətlərdə qanunvericilərlə icra hakimiyyəti arasında qanun layihəsi işləri planlarının qarşılıqlı razılaşdırılması təcrübəsi adi prosedurdur. Söhbət layihələrin hazırlanması prosesində bir-birini təkrarlamaqdan qaçmaq üçün fəalliyyətin adi əlaqələndirilməsindən gedir.

- Sizin fikrinizcə, konstitusiya çevrilişi haqqında sensasiyalı nəticələrin çıxarılmasına nə səbəb oldu?

Mənim fikrimcə, söhbət hər hansı yolla, hətta əlçatan yerdə olan sənədin konkret vəziyyətlərinin cəfəngiyyat halında çatdırılması yolu ilə sensasiya axtarışından gedir. Nəyə görəsə normativ aktların layihələrinin linqvistik, hüquqi və antikorrupsiya ekspertizalarının keçirilməsi qaydalarını detallı şəkildə göstərən qanun layihəsinin vəziyyəti qəzet nəşrləri müəlliflərinin nəzərindən kənarda qalıb. "Hüquqi-normativ aktlar haqqında" Konstitusiya qanununun layihəsi Venesiya komissiyası və Avropa ekspertlərinin ekspertizasını keçib. Normativ aktların layihələrinin antikorrupsiya ekspertizasının təmin olunması öhdəlikləri Azərbaycan tərəfindən Avropa Komissiyası qarşısında 2006-cı ildə Azərbaycan Respublikası və Avropa İttifaqı arasında o vaxt qəbul olunmuş Hərəkət Planına əsasən götürülüb. Özünü demokratik sayan mətbuat, özü demokratiya qaydalarına əməl etmir. Yaxınlarda "Azadlıq" qəzetində senzuranın olması ilə şəxsən rastlaşdım. Bu il aprelin 19-da "Azadlıq" qəzetində Rövşən Hacıbəylinin mənim haqqımda məqaləsi çıxıb. Məqalədə iddia edilir ki, mən Prezident Aparatına işə Xalq Cəbhəsi rəhbərliyi tərəfindən 1992-ci ildə götürülmüşəm. "Azadlıq" qəzetinin elektron formatı oxucuların məqalələrə olan şərhlərini yerləşdirməyə imkan verir. Ancaq mənim və mənim yaxınlarımın nəşr müəllifinə indiki vəzifəyə hələ Sovet İttifaqı dövründə, 1991-ci il oktyabr ayında qəbul olunmağım haqqında məlumat vermək təşəbbüsləri bir nəticə vermədi. Məqaləyə olan şərhlər "Azadlıq" qəzetinin saytında dərc olunmadı.

Xəbər lenti

Xəbər lenti