...

Azərbaycan ABŞ-dakı nüfuzlu yəhudi təşkilatlarının diqqət mərkəzindədir (FOTO)

Siyasət Materials 6 May 2010 11:45 (UTC +04:00)
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun nümayəndələri nüfuzlu Amerika - İsrail İctimai Məsələlər Komitəsinin (American Israeli Public Affairs Committee - AIPAC) təşkil etdiyi qala-gecədə iştirak ediblər. Məlumatda deyilir ki, bu il həmin tədbirdə ABŞ-dakı yəhudi icmalarının mindən artıq fəalı, eləcə də Konqres üzvləri və icra hakimiyyətlərini nümayəndələri də daxil olmaqla çoxsaylı rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan ABŞ-dakı nüfuzlu yəhudi təşkilatlarının diqqət mərkəzindədir (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend , müxbir S.Ağayeva/

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun nümayəndələri nüfuzlu Amerika - İsrail İctimai Məsələlər Komitəsinin (American Israeli Public Affairs Committee - AIPAC) təşkil etdiyi qala-gecədə iştirak ediblər. Məlumatda deyilir ki, bu il həmin tədbirdə ABŞ-dakı yəhudi icmalarının mindən artıq fəalı, eləcə də Konqres üzvləri və icra hakimiyyətlərini nümayəndələri də daxil olmaqla çoxsaylı rəsmi şəxslər iştirak ediblər.

Gecədə Azərbaycanın geosiyasi rolu və bu ölkənin İsraillə dostluq münasibətləri xüsusi qeyd olunub. Belə ki, tədbirin rəsmi proqramı çərçivəsində Amerika Konqresinin və İsrail Knessetinin üzvləri ilə yanaşı, Los-Ancelesdəki diplomatik korpusun yalnız iki nümayəndəsinə - İsrailin baş konsulu Yakob Dayana (Jacob Dayan) və Azərbaycanın baş konsulu Emin Süleymanova söz verilib.

Öz çıxışında azərbaycanlı diplomat tolerantlıq ənənələrini və Azərbaycandakı yəhudi icmalarının çoxəsrlik tarixini qeyd edib. Azərbaycanla İsrail arasıında mehriban münasibətlərə toxunan baş konsul, onları mədəniyyətlərarası dialoqun parlaq nümunəsi və "sivilizasiyaların toqquşması" (the clash of civilizations) haqda ideyanın antitezisi adlandırıb. Süleymanov tədbir iştirakçılarına xatırladıb ki, müsəlmanları, yəhudi və xristianları bir-birlərinə bağlayan bir çox cəhətlər var ki, onlardan birincisi tək Allaha inamdır. Daha sonra o, Prezident İlham Əliyevin sivilizasiyaların dialoqunun intensivləşdirilməsinə yönələn siyasəti barədə danışıb.

Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması üzrə Bakının səylərindən danışan diplomat Yaxın Şərqdə tezliklə davamlı sülhün bərqərar olacağına, yəhudi və Fələstin xalqlarının dinc yanaşı yaşayacağına inamını ifadə edib. Sonda Süleymanov ABŞ-ın özünün əsas tərəfdaşları, o cümlədən, Azərbaycan və İsraillə uzunmüddətli və strateji əsasda münasibətlər qurmasının vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti