...

10 yaşlı məktəbli Azərbaycan Prezidentindən kompüter hədiyyə alıb

Siyasət Materials 6 May 2010 17:45 (UTC +04:00)
Bakının Qaradağ rayonundakı Ələt qəsəbəsində yaşayan dördüncü sinif şagirdi, 2000-ci il mayın 10-da anadan olmuş İbayev Murad Elçin oğlu Prezident İlham Əliyevə məktub yazaraq ondan ad gününə kompüter hədiyyə etməsini xahiş edib.
10 yaşlı məktəbli Azərbaycan Prezidentindən kompüter hədiyyə alıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Bakının Qaradağ rayonundakı Ələt qəsəbəsində yaşayan dördüncü sinif şagirdi, 2000-ci il mayın 10-da anadan olmuş İbayev Murad Elçin oğlu Prezident İlham Əliyevə məktub yazaraq ondan ad gününə kompüter hədiyyə etməsini xahiş edib.

İbayevin məktubunda deyilir: "Cənab Prezident! Bu məktubu mən Sizə ümummilli lider Heydər Əliyevin ad günü - 10 may münasibətilə yazıram. Qeyd etmək istəyirəm ki, biz uşaqlar gələcəyimizin və biliklərimizin əsasını qoymuş gözəl insanla fəxr edirik. Valideynlərim və müəllimlərim mənə bu böyük insanın uşaqlara olan son dərəcə gözəl münasibəti barədə danışanda mən kimi itirdiyimizi anlayır və məni kədər hissi bürüyür. Lakin o böyük insanın Sizin kimi oğlu olması təsəlliverici amildir. Daha bir sevindirici amil isə mayın 10-da bizim ailədə mənim ad günümün qeyd olunmasıdır. Bilik səviyyəmi artırmaq üçün Sizdən mənə kompüter hədiyyə etmənizi xahiş edirəm. Bir daha Sizi İbayevlər ailəsi adından 10 may - ümummilli liderin doğum günü münasibətilə təbrik edirəm, Sizə uzun ömür və cansağlığı arzu edirəm".

10 yaşlı məktəblinin arzusunu nəzərə alan dövlət başçısı ona son model kompüter hədiyyə edib.

İbayevlər ailəsi Prezidentə hədiyyəyə görə minnətdarlıq teleqramı göndəriblər.

Xəbər lenti

Xəbər lenti