...

Azərbaycanlı jurnalist Özbəkistanda "Qızıl qələm" mükafatının laureatı olub

Siyasət Materials 15 May 2010 13:38 (UTC +04:00)
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) Özbəkistandakı müxbiri Qulu Kazımov (Qulu Kəngərli) xarici jurnalistin Özbəkistan haqqında ən yaxşı yazısına görə V Milli "Oltin kalam" ("Qızıl qələm") beynəlxalq müsabiqəsinin laureatı olub.
Azərbaycanlı jurnalist Özbəkistanda "Qızıl qələm" mükafatının laureatı olub

Özbəkistan, Daşkənd, 15 may /Trend, müxbir D.Əzizov/

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) Özbəkistandakı müxbiri Qulu Kazımov (Qulu Kəngərli) xarici jurnalistin Özbəkistan haqqında ən yaxşı yazısına görə V Milli "Oltin kalam" ("Qızıl qələm") beynəlxalq müsabiqəsinin laureatı olub.

"Mən təşkilatçılara işimi yüksək qiymətləndirdiklərinə görə minnətdaram. Ümid edirəm ki, mənim əməyim Azərbaycan-Özbəkistan dostluq münasibətlərinin gələcək inkişafına öz töhfəsini verəcək", - Kəngərli deyib.

Kəngərli Özbəkistanda 1998-ci ildən çalışır. Bu ilin yazında AzərTAc-ın 90 illiyi ilə əlaqədar o, agentliyin digər əməkdaşları kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

"Qızıl qələm" Milli beynəlxalq müsabiqəsi 2006-cı ildən Özbəkistan Jurnalistlərinin Yaradıcılıq Birliyi və Jurnalistlərin Beynəlxalq Hazırlıq Mərkəzi ilə birgə keçirilir.

Builki müsabiqəyə televiziya, radio, mətbuatda və internet-jurnalistikada çalışan 450-dən çox jurnalistin 28 nominasiya üzrə 6,7 min yaradıcılıq işi təqdim olunub. Qaliblər diplom və pul mükafatları ilə mükafatlandırılıblar.

Müsabiqənin baş milli mükafatı olan Qran-priyə gənclər mövzusunda silsilə verilişlərə görə "Yoşlar" telekanalı layiq görülüb.

Xəbər lenti

Xəbər lenti