...

TÜRK PA ATƏT PA ilə əməkdaşlıq edəcək

Siyasət Materials 17 May 2010 13:03 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi ATƏT Parlament Assambleyasının baş katibi ilə görüşüb.
TÜRK PA ATƏT PA ilə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Hüseynbala/

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi ATƏT Parlament Assambleyasının baş katibi ilə görüşüb.

"Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov ATƏT Parlament Assambleyasının (ATƏT PA) baş katibi Spencer Oliver ilə görüşdə nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib", - bazar ertəsi Trend-ə TÜRKPA-nın mətbuat xidmətindən bildirilib.

Oliver ATƏT PA ilə əməkdaşlığın mümkün variantları və TÜRKPA ilə birgə həyata keçirilə biləcək layihələr haqda fikirlərini açıqlayıb.

"Görüş nəticəsində qərara alınıb ki, hər iki təşkilat arasında əlaqələri yüksək səviyyədə qurmaq məqsədilə xüsusi nümayəndə heyətləri ayrılsın. Razılaşmaya görə, 2010-cu ilin avqust-sentyabr ayları arasında TÜRKPA ofisinin əməkdaşları ATƏT PA-nın Danimarkanın paytaxtı Kopenhagen şəhərində fəaliyyət göstərən baş ofisində staj proqramında iştirak edəcəklər. Bundan başqa, ATƏT PA-nın bundan sonra keçiriləcək müxtəlif layihələrinə TÜRKPA qonaq statusu, müvafiq prosedurların həllindən sonra isə müşahidəçi statusu ilə dəvət ediləcək", - məlumatda vurğulanır.

TÜRKPA-ya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan üzvdür. Qurum ötən ilin ortalarında yaradılıb.

Xəbər lenti

Xəbər lenti