...

Azərbaycanda müxalifət liderlərinin yeni formatda görüşü baş tutdu

Siyasət Materials 19 May 2010 15:54 (UTC +04:00)
Azərbaycanda müxalifət liderlərinin yeni formatda görüşü baş tutdu.
Azərbaycanda müxalifət liderlərinin yeni formatda görüşü baş tutdu

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanda müxalifət liderlərinin yeni formatda görüşü baş tutdu.

"Azərbaycan Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Müsavat partiyalarının rəhbərlərinin və mənim iştirak etdiyim ilk görüşümüzdə müxalifətin inteqrasiyası, ölkədəki ictimai-siyasi vəziyyət haqqında ətraflı müzakirə aparılıb", - çərşənbə günü Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Cəlaloğlunun sözlərinə görə, dörd partiyanın parlament seçkilərində birgə əməkdaşlığı müzakirə olunsa da, konkret qərar qəbul edilməyib.

"Müzakirələri davam etdirəcəyik. Seçkilərə rəsmi start verilənə qədər müxalifətin inteqrasiyası, seçki kampaniyası zamanı əməkdaşlıqla bağlı ortaq məxrəcə gələcəyimizə ümid edirəm", - partiya sədri əlavə edib.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə Trend-ə bildirib ki, müxalifət liderləri ilk dəfədir ki, bu formatda müzakirələrə başlayıb.

"İlkin məsləhətləşmələr oldu. Gündəlikdə olan bütün məsələlər, o cümlədən seçkiyə vahid siyahı ilə getmək məsələləri müzakirə olundu. Nəticəsi necə olacaq, hələ bəlli deyil", - Mirəlioğlu deyib.

KXCP sədri belə formatda görüşlə bağlı təklifin Sərdar Cəlaloğlu tərəfindən gəldiyini bildirib.

Bu gün Müsavt Partiyasının qərargahında Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu və KXCP sədri Mirmahmud Mirəlioğlu görüşüblər.

Trend-in arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti