...

Azərbaycan Parlamentinin deputatı Niderlandda keçiriləcək qurultayda iştirak edəcək

Siyasət Materials 19 May 2010 17:47 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə qurultayda iştirak etmək üçün Niderlandın Haaqa şəhərinə gedəcək.
Azərbaycan Parlamentinin deputatı Niderlandda keçiriləcək qurultayda iştirak edəcək

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə qurultayda iştirak etmək üçün Niderlandın Haaqa şəhərinə gedəcək.

"Parlamentin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızının iştirak edəcəyi qurultayda Avropanın bir sıra beynəlxalq qurumlarının, Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə həyata keçiriləcək tədbirdə reproduktiv sağlamlıq və ailə planlaşdırılmasının hüquqi tənzimlənməsi məsələləri müzakirə olunacaq, bu sahədə təcrübə və informasiya mübadiləsi aparılacaq", - çərşənbə günü Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Mayın 19-dan 22-dək baş tutacaq qurultay çərçivəsində müxtəlif seminarlar, "dəyirmi masa"lar və sərgilərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti