...

İkinci "Şərq tərəfdaşlığı" vətəndaş forumu payızda Berlində keçiriləcək

Siyasət Materials 20 May 2010 11:45 (UTC +04:00)
Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində ikinci vətəndaş forumu noyabrın 18-19-da Berlində keçiriləcək. Bu barədə Avropa qonşuluq və tərəfdaşlıq Aləti (ENPI) informasiya portalının məlumatında deyilir.
İkinci "Şərq tərəfdaşlığı" vətəndaş forumu payızda Berlində keçiriləcək

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində ikinci vətəndaş forumu noyabrın 18-19-da Berlində keçiriləcək. Bu barədə Avropa qonşuluq və tərəfdaşlıq Aləti (ENPI) informasiya portalının məlumatında deyilir.

Forumun keçirilməsində məqsəd proqramın iştirakçısı olan ölkələrdə - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynada "vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrə yardım və onların dövlət orqanları ilə dialoqunu asanlaşdırmaq"dan ibarətdir.

"Şərq tərəfdaşlığı" proqramı altı postsovet ölkəsinin bu regional təşkilatla siyasi və iqtisadi yaxınlaşmasını nəzərdə tutur. Buraya viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonasının tətbiqi də daxildir. Həmçinin, tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerji təminatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Berlindəki görüş Brüsseldə ilk iclasın keçirildiyi vaxtdan, yəni ötən ilin noyabrından sonrakı dövr ərzində əldə olunan işlərə yekun vurmaq imkanı verəcək. Forum bütün vətəndaş cəmiyyəti təşkilatları üçün, onların bundanəvvəlki görüşdə iştirakından asılı olmayaraq açıqdır.

"Şərq tərəfdaşlığı"nın təsis sammiti ötən il mayın 7-də Praqada keçirilib. Aİ layihə çərçivəsində iştirakçı ölkələrə 2013-cü ilədək 600 milyon avro ayıracaq. Bu vəsait dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və xırda şirkətlərə kömək göstərilməsi üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti