...

Azərbaycanın bir qrup dövlət qulluqçusu Türkiyəyə səfər edəcək

Siyasət Materials 21 May 2010 10:35 (UTC +04:00)
Cari ilin sentyabr ayında Azərbaycan Respublikasının bir qrup dövlət qulluqçusu Türkiyə Respublikasına səfər edəcək
Azərbaycanın bir qrup dövlət qulluqçusu Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın bir qrup dövlət qulluqçusu Türkiyəyə səfər edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə fəaliyyət proqramının təcrübə mübadiləsi məqsədilə dövlət qulluqçularının qarşılıqlı səfərlərinin təşkil edilməsi müddəasına uyğun olaraq, cari ilin sentyabr ayında Azərbaycan Respublikasının bir qrup dövlət qulluqçusu Türkiyə Respublikasına səfər edəcək, - məlumatı cümə günü komissiyadan yayıblar.

Türkiyə Respublikası Dövlət Kadrlar İdarəsinin nümayəndə heyəti 17-21 may 2010-cu il tarixlərdə Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti yanında Dövlət qulluğu məsələləri komissiyasında qonaqları qəbul edən komissiyanın sədri Bəhram Xəlilov iki qardaş ölkə arasında bütün sahələr üzrə, o cümlədən, dövlət qulluğu sahəsi üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və təcrübə mübadiləsi məqsədilə təşkil olunan qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti