...

Gürcüstan MSK yerli idarəetmə orqanlarına seçkilər üçün bülletenlərin Azərbaycan dilində də çap edilməsinə başlayıb

Siyasət Materials 21 May 2010 15:47 (UTC +04:00)
Bu gün Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə üçün bülletenlərin çap edilməsinə başlayıb.
Gürcüstan MSK yerli idarəetmə orqanlarına seçkilər üçün bülletenlərin Azərbaycan dilində də çap edilməsinə başlayıb

Gürcüstan, Tbilisi, 21 may /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə üçün bülletenlərin çap edilməsinə başlayıb. Bülletenlər təkcə gürcü dilində deyil, həm də ölkədə yaşayan milli azlıqların dillərində, o cümlədən Azərbaycan, erməni və rus dillərində də çap edilir.

Mayın 30-da Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər, aralıq parlament seçkiləri, eləcə də Tbilisi meri seçkiləri keçiriləcək.

Prosesi ölkənin bir neçə QHT nümayəndələri müşahidə edəcəklər. Blanklar saxtalaşdırmadan müdafiə etməyə zəmanət verən xüsusi vərəqlərdə hazırlanır. MSK ölkədəki görmə qabiliyyətindən məhrum olan vətəndaşların da qayğısına qalacağını vəd edib və seçki məntəqələrində məhdud imkanlı insanların bülletenləri sərbəst doldurmaları üçün hər cür şəraitin yaradılacağını bildirib.

Cümə axşamı MSK seçkilərin monitorinqini keçirçmək arzusunda olan yerli QHT-lərin qeydiyyatını başa çatdırıb.

MSK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəmi 32 müşahidəçi təşkilat qeydiyyata alınıb, onların böyük hissəsi yalnız yerli idarəetmə orqanlarına və Tbilisi meri seçkilərinin monitorinqini keçirmək niyyətindədirlər.

Beynəlxalq təşkilatlara gəldikdə isə onların qeydiyyatı mayın 23-ü saat 18:00-dək davam edəcək. Bu günədək cəmi 14 beynəlxalq QHT qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti