...

Azərbaycanda neft kəmərinin altında tank əleyhinə mina aşkarlanıb

Siyasət Materials 22 May 2010 11:08 (UTC +04:00)
Bakı şəhəri Qaradağ rayonunda Şirvan - Böyükşor neft kəmərinin 65,8-ci kilometrliyində, boru xəttinin altında partlayıcı qurğunun aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinin "112 zəng mərkəzi"nə məlumat daxil olub.
Azərbaycanda neft kəmərinin altında tank əleyhinə mina aşkarlanıb

Azərbaycan, Bakı 22 may /Trend, müxbir A.Hüseynbala/

Bakı şəhəri Qaradağ rayonunda Şirvan - Böyükşor neft kəmərinin 65,8-ci kilometrliyində, boru xəttinin altında partlayıcı qurğunun aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinin "112 zəng mərkəzi"nə məlumat daxil olub.

FNH-dən şənbə günü Trend-ə bildiriblər ki, dünən məlumat daxil olandan sonra,  Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aidiyyəti qurumların mütəxəssisləri ilə birgə aşkarlanmış sursatın 2 ədəd tank əleyhinə təlim minası olduğunu müəyyən ediblər.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə axtarış işləri aparıblar. Axtarış nəticəsində digər şübhəli əşya aşkar olunmayıb. Əməliyyat saat 14:25-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti