...

Türkdilli ölkələrin ortaq tarix və ədəbiyyat dərslikləri yazılmalıdır – Azərbaycan Parlamentinin deputatı

Siyasət Materials 24 May 2010 16:12 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, türkdilli ölkələrin ortaq tarix və əədbiyyat dərslikləri yazılmalı və bütün türk dünyasında tədris olunmalıdır.
Türkdilli ölkələrin ortaq tarix və ədəbiyyat dərslikləri yazılmalıdır – Azərbaycan Parlamentinin deputatı

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, türkdilli ölkələrin ortaq tarix və əədbiyyat dərslikləri yazılmalı və bütün türk dünyasında tədris olunmalıdır.

"Türkdilli ölkələrinin ortaq tarix və ədəbiyyat dərsliklərinin yaradılmasının, tədris edilməsinin böyük əhəmiyyəti var", - Trend-in məlumatına görə, bazar ertəsi Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) Bakıda keçirilən "Parlament diplomatiyası - Türk PA" adlı beynəlxalq konfransında çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, türkdilli ölkələrin xarici ölkələrdəki diaspor təşkilatlarının da vahid mövqedən çıxış etməsi, fəaliyyət göstərdikləri ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq etməsi zəruridir. "Fikrimcə, diaspor təşkilatları tərəfindən türkdilli ölkələrin problemləri daim diqqətdə saxlanılmalı, bu mövzularda xarici ölkələrdə tədbirlər keçirilməlidir. Bundan başqa, Türkdilli Ölkələrin Parlament Assambleyasının konfransları türk diasporlarının güclü olduğu ölkələrdə də təşkil olunmalıdır", - millət vəkili əlavə edib.

Paşayeva deyib ki, türkdilli ölkələrin ortaq televiziya proqramlarının yayımının genişləndirilməsi də əhəmiyyətlidir. "Belə olarsa, türkdilli ölkələrin əhalisi arasında mənəvi bağlılıq daha da artar, bu sahədə inteqrasiya sürətlənər", - millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti