...

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 25 May 2010 14:07 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə fərman imzalayıb Prezidentin fərmanına əsasən, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Azərbaycan Respublikası  Prezidenti İlham Əliyev Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə fərman imzalayıb

Trend-i buradan izləyin

Аzərbaycan, Bakı, 25 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Respublikası  Prezidenti İlham Əliyev Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə fərman imzalayıb. Prezidentin fərmanına əsasən, "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

İcra hakimiyyəti orqanları dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin razılığı əsasında həyata keçirir.

"Müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin razılığı ilə) həyata keçirir.

"Müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 sentyabr 2009-cu ildə Mənzil Məcəlləsinin qüvvəyə minməsi və təsdiqi, həmçinin, hüquqi tənzimlənməsi barədə fərman imzalayıb. Mənzil Məcəlləsi yaşayış hüquqlarının əsaslarını, bələdiyyələrin hüquqlarını, yaşayış sahələrinin növlərini və onlardan istifadə qaydalarını təsdiq edən 145 maddədən ibarətdir.

Xəbər lenti

Xəbər lenti