...

Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi təsdiq olunmaq üçün Senata göndərilib

Siyasət Materials 27 May 2010 12:35 (UTC +04:00)
Metyu Brayzanın (Matthew Bryza) ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi təsdiq olunmaq üçün çərşənbə günü Senata göndərilib. Bu barədə Ağ evin rəsmi saytında bildirilir.
Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi təsdiq olunmaq üçün Senata göndərilib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir R.Dərəxşan/

Metyu Brayzanın (Matthew Bryza) ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi təsdiq olunmaq üçün çərşənbə günü Senata göndərilib. Bu barədə Ağ evin rəsmi saytında bildirilir.

Brayzanın namizədliyi ABŞ Prezidenti Barak Obama tərəfindən çərşənbə axşamı rəsmən irəli sürülüb.

Metyu Brayza 2005-ci ildə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini təyin edilib. Bu vəzifədə o, Cənubi Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələrə görə cavabdeh olub, Dağlıq Qarabağ, Avrasiya və Cənubi Osetiya münaqişələrinin həlli üzrə ABŞ-ın səylərinə rəhbərlik edib, ABŞ-ın Qara dəniz və Xəzər regionundakı enerji siyasətini əlaqələndirib.

2006-2009-cu illərdə Metyu Brayza ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə amerikalı həmsədri postunu tutub.

ABŞ-ın Bakıdakı səfirinin postu 2009-cu ilin iyulunda bundanəvvəlki səfir En Dersin bu vəzifəni tərk etməsindən sonra boşdur.

Xəbər lenti

Xəbər lenti