...

Azərbaycan hökuməti Türkiyə, Misir, Rusiya və Ukraynanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbə, aspirant və doktorantların təqaüdlərini müəyyənləşdirib

Siyasət Materials 2 İyun 2010 16:42 (UTC +04:00)
Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, hökumətin qərarı ilə müvafiq ikitərəfli müqavilələr əsasında dövlət xətti ilə Türkiyə və Misir Ərəb Respublikasının ali təhsil müəssisələrində Azərbaycan Respublikasından bakalavriat və magistratura səviyyələrində təhsil alan hər bir tələbə üçün 100 ABŞ dolları, doktorantlar üçün 200 ABŞ dolları...
Azərbaycan hökuməti Türkiyə, Misir, Rusiya və Ukraynanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbə, aspirant və doktorantların təqaüdlərini müəyyənləşdirib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti Türkiyə, Misir, Rusiya və Ukraynanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbə, aspirant və doktorantların təqaüdlərini müəyyənləşdirib.

Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, hökumətin qərarı ilə müvafiq ikitərəfli müqavilələr əsasında dövlət xətti ilə Türkiyə və Misir Ərəb Respublikasının ali təhsil müəssisələrində Azərbaycan Respublikasından bakalavriat və magistratura səviyyələrində təhsil alan hər bir tələbə üçün 100 ABŞ dolları, doktorantlar üçün 200 ABŞ dolları, Rusiya Federasiyası və Ukraynanın ali təhsil müəssisələrində mütəxəssis hazırlığı, bakalavriat və magistratura səviyyələrində təhsil alan hər bir tələbə, eləcə də ordinatorlar üçün 150 ABŞ dolları, aspirantlar üçün 250 ABŞ dolları, doktorantlar üçün isə 300 ABŞ dolları ekvivalentində büdcə vəsaiti hesabına aylıq təqaüd müəyyən edilib.

Nazirlər Kabinetinin məlum qərarı ilə hökumətin "Rusiya Federasiyasının ali məktəblərində Azərbaycan Respublikasından təhsil alan tələbələrə təqaüd müəyyən edilməsi haqqında" 1998-ci il 3 noyabr tarixli, "Türkiyənin ali məktəblərində Azərbaycan Respublikasından təhsil alan tələbələrə təqaüd müəyyən edilməsi haqqında" 2003-cü il 17 fevral tarixli, "Rusiya Federasiyasında Azərbaycan Respublikasından təhsil alan aspirant və doktorantlara təqaüd müəyyən edilməsi haqqında" 2003-cü il 22 sentyabr tarixli və "Misir Ərəb Respublikasının ali məktəblərində Azərbaycan Respublikasından təhsil alan tələbələrə təqaüd müəyyən edilməsi haqqında" 2004-cü il 19 mart tarixli qərarlar qüvvədən düşmüş hesab edilib.

Xəbər lenti

Xəbər lenti