...

Venesiya komissiyası Azərbaycan Respublikasının normativ-hüquqi aktları haqqında qanun layihəsini baxışdan keçirəcək

Siyasət Materials 3 İyun 2010 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir A.Qasımov/

Sabah Venesiya komissiyası Azərbaycan Respublikasının normativ-hüquqi aktları haqda qanun layihəsini baxışdan keçirəcək.

Venesiya komissiyası tərəfindən Azərbaycan Respublikasının normativ-hüquqi aktları haqda qanun layihəsinin qiymətləndirilməsi ideyası 2009-cu il noyabrın 11-də Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza məsələləri şöbəsinin rəhbəri Şahin Əliyev tərəfindən təklif edilib.

Gözlənildiyi kimi, Venesiya komissiyası müzakirələrsiz qanun layihəsinə dair Serjio Bartole (İtaliya) və Lusius Maderin fikirlərini bəyənəcək.

Xəbər lenti

Xəbər lenti