...

Azərbaycan və Yunanıstan arasında fövqəladə hallar üzrə əməkdaşlıq sazişi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Siyasət Materials 3 İyun 2010 14:38 (UTC +04:00)
Azərbaycan və Yunanıstan arasında təbii fəlakətlərin aradan qaldırılması üzrə qarşılıqlı yardım haqqında saziş Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Azərbaycan və Yunanıstan arasında fövqəladə hallar üzrə əməkdaşlıq sazişi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M. Əliyev/

AzərbaycanYunanıstan arasında təbii fəlakətlərin aradan qaldırılması üzrə qarşılıqlı yardım haqqında saziş Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cümə axşamı keçirilən iclasında "Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş"in layihəsi müzakirə olunub.

2010-cu ilin fevralında Afinada imzalanmış sənəddə hər iki ölkə arasında fövqəladə hallar üzrə əməkdaşlıq formaları, qarşılıqlı yardım dəstələrinin sərhədkeçmə prosedurları, informasiya mübadiləsi əks olunub.

Komitə üzvləri sənədin Azərbaycanın milli maraqlarına xidmət etdiyini bildirdilər və sazişin təsdiqlənməsi üçün Milli Məclisin müzakirəsinə çıxarılması barədə qərar qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti