...

Rusiya və Azərbaycan arasında həll olunmamış problem yoxdur - spiker Oqtay Əsədov

Siyasət Materials 3 İyun 2010 18:54 (UTC +04:00)
Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar və iki ölkə arasında həll olunmamış problem yoxdur. Bu barədə iyunun 3-də Federasiya Şurasının və Azərbaycan Milli Məclisinin sədrləri Sergey Mironov və Oqtay Əsədov keçirdikləri görüş zamanı bildiriblər.
Rusiya və Azərbaycan arasında həll olunmamış problem yoxdur - spiker Oqtay Əsədov

Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar və iki ölkə arasında həll olunmamış problem yoxdur. Bu barədə iyunun 3-də Federasiya Şurasının və Azərbaycan Milli Məclisinin sədrləri Sergey MironovOqtay Əsədov keçirdikləri görüş zamanı bildiriblər. Məlumatı İTAR-TASS yazır.

"Azərbaycan Qafqazda strateji tərəfdaşdır və bizi etibarlı münasibətlər birləşdirir", - Mironov deyib.

Əsədov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında həll olunmamış problem yoxdur. "Rusiya yeganə qonşu ölkədir ki, bizim onunla sərhədlə də bağlı problemimiz yoxdur", - o vurğulayıb.

Həmsöhbətlər sıx iqtisadi əməkdaşlıq məsələsinə də diqqət yetiriblər.

"Azərbaycanda Rusiya kapitalı ilə 500-ə yaxın müəssisə çalışır", - Əsədov bildirib. Bununla yanaşı, o, respublikanın Rusiyanın 30 regionu ilə əlaqələri dəstəklədiyini də vurğulayıb.

Mironov öz növbəsində, Azərbaycan siyasətçiləri və biznesmenlərini sentyabrda İrkutskda keçiriləcək Baykal iqtisadi forumuna dəvət edib. "Biz bu forumda regionun bir çox effektli investisiya layihələrini təqdim edəcəyik və bu bizə regionlararası əlaqələri möhkəmləndirməyə kömək edəcək", - o bildirib.

Əsədov qeyd edib ki, Azərbaycanda rus dilinin öyrənilməsinə böyük diqqət yetirilir, eyni zamanda, ölkədə patriarx Kirillin iştirakı ilə mühüm birgə tədbirlər keçirilir. Milli Məclis sədrinin sözlərinə görə, son iki il ərzində məktəblərdə birinci sinfə rus bölməsinə gedən şagirdlərin sayı əvvəlki illərə nisbətən artıb. Rus dilinin öyrənilməsinin gücləndirilməsi layihəsi 50 məktəbdə həyata keçirilir, bu prosesi ali təhsil ocaqlarında da inkişaf etdirmək planlaşdırılır.

MDB-nin Parlamentlərarası Assambleyasında seçki müşahidəçiləri qrupuna rəhbərlik edən Federasiya Şurasının birinci vitse-spikeri Aleksandr Torşin azərbaycanlı həmkarlarına - bu qrupun iştirakçılarına birlik ölkələrində, o cümlədən Ukraynadakı seçkilərdə fəal iştiraklarına görə minnətdarlığını bildirib.

Mironov noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə Azərbaycan Parlamentinin dəvəti və təklifi olarsa, Federasiya Şurasından və ya MDB PA-dan istənilən formatda müşahidəçi göndərməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti