...

Azərbaycan öz cəmiyyətinin demokratikləşməsi və insan hüquqlarının qorunması yolunda mühüm addımlar atan bir ölkədir - nazir Elmar Məmmədyarov (FOTO)

Siyasət Materials 5 İyun 2010 15:40 (UTC +04:00)
Azərbaycan öz cəmiyyətinin demokratikləşməsi və insan hüquqlarının qorunması və dəstəklənməsi yolunda mühüm addımlar atan bir ölkədir.
Azərbaycan öz cəmiyyətinin demokratikləşməsi və insan hüquqlarının qorunması yolunda mühüm addımlar atan bir ölkədir - nazir Elmar Məmmədyarov (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycan öz cəmiyyətinin demokratikləşməsi və insan hüquqlarının qorunması və dəstəklənməsi yolunda mühüm addımlar atan bir ölkədir. Trend-in məlumatına görə, bunu şənbə günü Qanundan demokratiyaya doğru Avropa Komissiyasının (Venesiya Komissiyası) 20-ci ildönümünə həsr edilmiş mərasimdə çıxışı zamanı Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

"Məhkəmə və qanun islahatlar sahəsinin inkişaf etdirilməsində daha çox uğur əldə olunub. Yeni, xüsusən də gənc nəslin nümayəndələri arasından hakimlər, yeni məhkəmə binaları, davamlı keçirilən treninq və seminarlar, müasir penitensiar xidmətlər, daha yaxşı əlaqə və daha çox şəffaflıq bu göstəricilərin yalnız bir hissəsidir. Qeyd olunmalıdır ki, Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının, Avropa İttiffaqı və ATƏT kimi digər beynəlxalq tərəfdaşların dəstəyi ilə Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Azərbaycanın məhkəmə strukturları ilə əməkdaşlıqda bir sıra proqramlar da həyata keçirilməkdədir. Bu, insan hüquqları və azadlıqlarına dəstək verir", - Məmmədyarov deyib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Nazir deyib ki, Azərbaycan həmişə Venesiya Komissiyası ilə əməkdaşlığa böyük önəm verir.

"Mən Venesiya Komissiyasının 20-ci ildönümünün qeyd olunması ilə əlaqədar bu gun sizinlə bu gözəl məkanda bir yerdə olmaqdan çox məmnunam. Qitəmizdə baş vermiş dərin dəyişikliklər nəticəsində 1990-cı illərin ortalarında yaradılmış Komissiyanın milli konstitusiyaların və qanunların ahəngliliyində və qəbulunda, Avropa Şurasının standartlarına uyğunlaşdırılmasında rolu həlledici olmuşdur. Azərbaycan həmişə Venesiya Komissiyası ilə əməkdaşlığa böyük önəm vermiş və biz qanunvericiliyimizin inkişafında kömək edilməsində dəyərli işə görə minnətdarıq", - Məmmədyarov çıxışında deyib.

Nazirin sözlərinə görə, bu çox müsbət haldır ki, Venesiya Komissiyası Avropa hüquqi məkanından qırağa çıxaraq, zəngin təcrübəsi, şəffaflığı, yüksək nüfuzu və çox peşəkar heyəti ilə Latın Amerikası və Yaponiya kimi ölkələrə də çatıb.

"Hazırda beynəlxalq səviyyədə tanınmış qurum kimi, o, Avropa konstitusiya irsinin Avropanın daxilində və kənarında yayılmasına yardım olunmasını müvəffəqiyyətlə davam etdirir, münaqişələrin qarşısının alınmasının və böhranların idarə olunmasının hüquqi aspektlərində unikal rol oynayır", - Məmmədyarov deyib.

Məmmədyarov çıxışında həqiqətən də münaqişələrin qitəmizin sabitliyini və təhlükəsizliyini hədələdiyini və Avropa Şurasının əsas prinsip və məqsədlərini sual altına qoyduğunu bildirib.

"Münaqişələr region ölkələri arasında normal münasibətləri, davamlı inkişafı və insan təhlükəsizliyini təhlükəyə məruz qoyur. Bu münaqişələrin davamlı həllinə nail olunmasına özümüzü tərəfdar etmək olduqca vacibdir. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini qoruyur və məhz bunun əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları davam etdirmək niyyətindəyik. Avropa dəyərlərinə sadiq olan Azərbaycan münaqişənin həlli prosesini, bütün erməni qoşunlarının işğal edilmiş bütün Azərbaycan torpaqlarından çıxarılması, doğma torpaqlarından didərgin düşmüş, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunda məskunlaşmış əhalinin geri qayıtması, yəni münaqişə başlamazdan öncə olduqları yerlərə, Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmalarının sülh içərisində birgə yaşamaları üçün demokratik standartlar əsasında əlverişli şəraitin yaradılmasında görür. Bütün bunlar hüquqi və demokratik proseslər çərçivəsində, erməni və azərbaycanlı icmalarının birbaşa və bərabər şəkildə iştirakı ilə Dağlıq Qarabağın Azərbaycan Respublikasının daxilində özünüidarəetmə hüquqi statusunun müəyyən edilməsi üçün əlverişli şərait yarada bilər", - nazir nitqində deyib.

Xəbər lenti

Xəbər lenti