...

ABŞ-ın müdafiə naziri Robert Qeytsin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 6 İyun 2010 18:46 (UTC +04:00)
ABŞ-ın müdafiə naziri Robert Qeytsin bazar günü Azərbaycana səfəri başlayıb. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
ABŞ-ın müdafiə naziri Robert Qeytsin Azərbaycana səfəri başlayıb

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir M.Əliyev /

ABŞ-ın müdafiə naziri Robert Qeytsin bazar günü Azərbaycana səfəri başlayıb. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bakıya Asiya turnesi çərçivəsində Sinqapurdan gələn qonağın iki günlük səfər çərçivəsində Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, prezident İlham Əliyevlə görüşləri nəzərdə tutulub.

Görüşlərdə Əfqanıstandakı ABŞ qüvvələrinin Azərbaycan üzərindən təchizatı ilə bağlı məsələlər müzakirə olunacaq.

Bakıdan sonra Qeyts müzakirələr aparmaq üçün Londona, oradan isə NATO müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Brüsselə gedəcək.

Xəbər lenti

Xəbər lenti