...

Tbilisidə psixi pozğunluğa malik vətəndaş yaşayış evini partlatmağa cəhd edib

Siyasət Materials 7 İyun 2010 14:03 (UTC +04:00)
Tbilisidəki mikrorayonların birində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib. Tbilisi Fövqəladə Vəziyyətlər Üzrə Şəhər Xidmətindən verilən məlumata görə, baş vermiş hadisədən heç kim zərər çəkməyib. Partlayış evdəki mənzillərin bir hissəsini dağıdıb.
Tbilisidə psixi pozğunluğa malik vətəndaş yaşayış evini partlatmağa cəhd edib

Gürcüstan, Tbilisi, 7 iyun /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidəki mikrorayonların birində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib. Tbilisi Fövqəladə Vəziyyətlər Üzrə Şəhər Xidmətindən verilən məlumata görə, baş vermiş hadisədən heç kim zərər çəkməyib. Partlayış evdəki mənzillərin bir hissəsini dağıdıb.

Qonşuların sözlərinə görə, birinci mərtəbədə yaşayan 28 yaşlı sakin Georgi Elikaşvilinin psixikası ilə bağlı problemləri var. Onlar Georginin "çoxlu ara qüvvələr"in olduğu evi partladacağını vəd etdiyi söyləyirlər.

İlkin məlumatlara görə, Elikaşvili mənzilində saxladığı neft məhsulları olan dəmir qabları partladıb. O özü hadisə yerindən qaçıb. Şahidlərin ifadələrinə görə, onun üzərində bıçaq olub.

Polis təxribatçı güman edilən şəxs barədə axtarış elan edib.

Xəbər lenti

Xəbər lenti