...

Gürcüstan XİN rəhbəri Ukraynaya rəsmi səfər edəcək

Siyasət Materials 8 İyun 2010 15:26 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze iyunun 10-11-i Ukraynaya rəsmi səfər edəcək.
Gürcüstan XİN rəhbəri Ukraynaya rəsmi səfər edəcək

Gürcüstan, Tbilisi, 8 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze iyunun 10-11-i Ukraynaya rəsmi səfər edəcək.

Kiyevdə Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko və həmçinin, Ukraynanın digər yüksəkvəzifəli şəxsləri ilə görüşlər planlaşdırılıb. Bu haqda Trend-ə Gürcüstan XİN-dən məlumat verilib.

Tərəflər ikitərəfli münasibətlərin geniş spektrini və regional əməkdaşlığın inkişafının perspektivlərini müzakirə edəcəklər.

Səfər çərçivəsində Gürcüstan hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında hava əlaqəsi sahəsində razılaşma imzalanacaq.

Xəbər lenti

Xəbər lenti