...

Bakıda saxlanılan İran vətəndaşından külli miqdarda heroin aşkar edilib

Siyasət Materials 8 İyun 2010 14:21 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bakıda saxlanılan İran vətəndaşından külli miqdarda heroin aşkar edilib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında saxlanılan İran vətəndaşından külli miqdarda heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, İran vətəndaşı Lütfi Hadi Bəyli Qulamrza Mirəli oğlu Bakının Nəsimi rayonu ərazisində tutulub və ondan 5 kiloqram 103,9 qram narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti