...

Azərbaycanın müxalifət partiyası qurultay keçirməyə hazırlaşır

Siyasət Materials 9 İyun 2010 10:47 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) X qurultayını iyulun ortalarında keçirəcək. Bu barədə Trend-ə partiyanın mətbuat xidmətindən məlumat veriblər. Qurultayın keçirilməsi barədə qərar AMİP-in Siyasi Şurasının çərşənbə axşamı keçirilən iclasında verilib.

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) X qurultayını iyulun ortalarında keçirəcək. Bu barədə Trend-ə partiyanın mətbuat xidmətindən məlumat veriblər. Qurultayın keçirilməsi barədə qərar AMİP-in Siyasi Şurasının çərşənbə axşamı keçirilən iclasında verilib. Qurultayın dəqiq günü Siyasi Şuranın növbəti iclasında müəyyən olunacaq.

Siyasi Şurada ölkədəki mövcud sosial-iqtisadi və siyasi durum, regionda baş verən proseslər, siyasi partiyalarla əməkdaşlıq imkanları və Türkiyə - İsrail münasibətləri də müzakirə edilib.

Siyasi Şura Azərbaycan qazının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması ilə bağlı imzalanmış sazişin həm qardaş Türkiyə, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyi qənaətinə gəlib.

Türkiyə - İsrail münasibətlərinin gərginləşməsinin arzuolunmaz səviyyədə inkişafının narahatlıq doğurduğunu bildirən Siyasi Şura, bu proseslərin tezliklə nizama salınacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti