...

Çevik yanaşma Cenevrə müzakirələrində iştirak üçün ilkin şərtdir – ATƏT sədrinin xüsusi nümayəndəsi Nurqaliyev

Siyasət Materials 9 İyun 2010 12:15 (UTC +04:00)
ATƏT-in qazaxıstanlı sədri çərşənbə axşamı keçirilən Cenevrə danışıqlarının on birinci mərhələsinin iştirakçılarını yerli icmaların gündəlik həyatına təsir göstərən problemləri həll etmək üçün Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri üzrə beynəlxalq müzakirələri (IPRM) bərpa etməyə çağırıb, - bu barədə ATƏT-in məlumatında deyilir.
Çevik yanaşma Cenevrə müzakirələrində iştirak üçün ilkin şərtdir – ATƏT sədrinin xüsusi nümayəndəsi Nurqaliyev

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir V.Javoronkova/

ATƏT-in qazaxıstanlı sədri çərşənbə axşamı keçirilən Cenevrə danışıqlarının on birinci mərhələsinin iştirakçılarını yerli icmaların gündəlik həyatına təsir göstərən problemləri həll etmək üçün Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri üzrə beynəlxalq müzakirələri (IPRM) bərpa etməyə çağırıb, - bu barədə ATƏT-in məlumatında deyilir.

"Çevik yanaşma sadə insanların ümidlərini doğrultmaq üçün Cenevrə müzakirələrində iştiraka görə ilkin şərtdir və mən Cenevrə müzakirələrinin bütün iştirakçılarını praktik ölçülər qəbul edilərkən, etimadın möhkəmləndirilməsinə hazırlıq nümayiş etdirməyə çağırıram", - ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin xüsusi nümayəndəsi səfir Bolat Nurqaliyev deyib. - "Adamlar əziyyət çəkirlər, onlar normal həyata qayıdacaqlarını nə vaxta qədər gözləyəcəklər?".

Onun sözlərinə görə, IPRM konkret tapşırıqlar üçün konkret həllin tapılması məqsədilə hazırlanıb və müntəzəm görüşlər vacibdir. Çünki insidentlər tam araşdırılmalı, mövcud cavab tədbirləri razılaşdırılmalıdır.

Həmçinin, növbəti görüşün iyulun 27-də Cenevrədə keçirilməsi də razılaşdırılıb. Bundan əvvəl iştirakçıların regiona səfərləri olacaq.

Cenevrə müzakirələrinin aparılması zərurəti 2008-ci il avqust münaqişəsindən sonra yaranıb. 2008-ci ilin oktyabrından Cenevrədə keçirilən görüşlərdə Gürcüstan, Rusiya, ABŞ, Abxaziya və Cənubi Osetiya tərəfləri, Aİ, BMT və ATƏT nümayəndələri iştirak edirlər. Cenevrə görüşlərinin nəticələrindən biri münaqişə zonalarında insidentlərin qarşısının alınması və onların tənzimlənməsi mexanizmlərinin işlənilib-hazırlanması oldu.

Xəbər lenti

Xəbər lenti