Öz xarici siyasət mövqelərinə yenidən baxmaqla, ABŞ Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa çalışır – ekspertlər

Öz xarici siyasət mövqelərinə yenidən baxmaqla, ABŞ Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa çalışır – ekspertlər

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Ağ Ev administrasiyası Azərbaycanın strateji tərəfdaş kimi regionda rolunun vacibliyini dərk edərək onunla son bir ildə pisləşən münasibətlərini yoluna qoymaq niyyətindədir. Ekspertlər belə hesab edirlər.

"Azərbaycan ümid edə bilər ki, ABŞ Əfqanıstandakı əməliyyatlarda Azərbaycanın dəstəyinin vacibliyini anlayaraq, eləcə də ölkənin geostrateji mövqeyini və onun NATO-ya üzvlüyünün mümkünlüyünü dərk edərək Bakı ilə münasibətlərin yaxşılaşdırılması ilə bağlı qətiyyətli addımlar atacaq", - Cənubi Qafqaz üzrə amerikalı ekspert Maykl Günter belə hesab edir.

ABŞ-ın müdafiə naziri Robert Geyts iyunun 6-7-də Bakıya səfəri zamanı Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktubunu ölkə rəhbərliyinə çatdırıb. Həmin məktubda Ağ Ev rəhbəri Azərbaycan liderinə Əfqanıstandakı sülhməramlı missiyasındakı dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycan-ABŞ əlaqələrinin genişlənəcəyi və dərinləşəcəyinə ümidvar olduğunu ifadə edib.

"Birləşmiş Ştatlar Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında verdiyi töhfəsini etiraf edir" - məktubda deyilir. - "Ümid edirəm ki, biz yaxın aylar və illər ərzində münasibətlərimizi genişləndirə və dərinləşdirə biləcəyik".

Geyts ABŞ dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri barədə də məlumat verib.

ABŞ və Azərbaycan arasında münasibətlər Vaşinqtonun Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasını israr etməsindən sonra nəzərəçarpacaq dərəcədə pisləşib. ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağa 8 milyon dollar həcmində humanitar yardımın ayrılması isə bu münasibətləri daha da pisləşdirib.

Vaşinqtonla Bakı arasında mürəkkəb münasibətlərin pisləşməsində Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 2010-cu ilin martında "erməni soyqırımı" haqqında qətnamə qəbul etməsi də müəyyən rol oynayıb.

Ekspertlərin fikrincə, ABŞ-ın lobbiçilik etdiyi Ermənistan-Türkiyə prosesinin iflasa uğramasından sonra Vaşinqton bəzi xarici siyasət mövqelərini yenidən nəzərdən keçirməli olub və indi Bakı ilə münasibətləri yoluna qoymağa çalışır.

Obamanın məktubu, Geytsin Azərbaycana gəlişi, Hillari Klintonun gözlənilən səfəri, Metyu Brayzanın səfir postuna namizədliyi - bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasına yönəlmiş səylərin bir hissəsidir. Cənubi Qafqaz və Türkiyə üzrə amerikalı ekspert Mark Kats belə hesab edir.

Katsın sözlərinə görə, Obama administrasiyası hesab edirdi ki, bir az əvvəl Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına göstərilən səylər Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasına kömək edəcək. Əlbəttə ki, bu baş vermədi.

"İndi Obama administrasiyası anlayır ki, Azərbaycan ABŞ diplomatik səyləri dairəsinə daxil edilməlidir", - ABŞ-ın Corc Meyson Universitetinin beynəlxalq münasibətlər departamentinin siyasət professoru Kats elektron poçt vasitəsilə Trend-ə bildirib.

Azərbaycanlı politoloq Tofiq Abbasovun fikrincə, ABŞ Azərbaycanla "laxlayan" münasibətlərinin bərpası ilə müəyyən qədər məşğul olur.

Abbasovun sözlərinə görə, nə qədər paradoksal olsa da, havadan asılı vəziyyətdən daha çox ABŞ itirib.

"Mən deyərdim ki, onların mövqeləri Avrasiyada getdikcə zəifləyir və Azərbaycan əldən getdiyi halda, amerikanlar yalnız vacib tranzit tərəf deyil, həm də müsbət imicli bir tərəfdaş itirəcəklər. Bu tərəfdaş isə funksional olaraq bölgədə geosiyasi vəziyyətə təsir edir", - Trend-ə "Lidet-TV" analitik qrupunun eksperti Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Vaşinqtonun Azərbaycanı "öz yerində oturtmaq" məqsədilə atdığı bəzi addımlar hiddətləndirən amillərdən biridir. Çünki, ölkəmiz belə bir münasibətə layiq deyil.

Günterin fikrincə, ABŞ-ın Bakı ilə münasibətləri yaxşılaşdırmaq səyləri Ermənistana münasibətdə və Dağlıq Qarabağ problemi üzrə ABŞ-ın gələcəkdəki balanslaşdırılmış mövqeyi deməkdir.

"Metyu Brayzanın təyin olunması da Bakının ABŞ üçün əhəmiyyətli olmasına bir işarədir. Çünki o, postsovet vəziyyət barədə daha çox məlumata malik diplomatdır", - bunu Trend-ə elektron poçtla amerikalı ekspert, ABŞ-ın Tennesi ştatının Texnoloji Universitetinin siyasi elmlər professoru Maykl Günter deyib.

ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşması Birləşmiş Ştatların özünün bəzi xarici siyasi hərəkətlərinə bir az başqa prizmadan baxması ilə bağlıdır. Bu hərəkətlər Barak Obama administrasiyasının Ağ Evdə olmasının ilk dövrlərində atılıb. Rusiyanın Azərbaycandakı sabiq səfiri, "Rus dünyası" fondunun icraçı direktorunun müavini Vasili İstratov bu fikirdədir.

İstratovun sözlərinə görə, Obama administrasiyasının heç də bütün hərəkətləri zamanın sınağından çıxa bilmir.

İndi Obama administrasiyası bəzi yenidənqurmalara məruz qalmalı olur və Azərbaycana münasibətdə olan dəyişikliklər Bakının bu və ya digər fəaliyyəti ilə deyil, Vaşinqtonun mövqeyi ilə bağlıdır. Bu mövqedə hadisələrin realist formada çatdırılması üstünlük təşkil edib.

"Obama administrasiyasının beynəlxalq arenada "sürətli hücum" yolu ilə həll etmək istədiyi bir çox məsələlər həll oluna bilməyib. Bu səbəbdən onlar bəzi əsas məqamlara qayıdırlar", - o deyib.

İstratov hesab edir ki, bunun nə qədər Cənubi Qafqaz üçün xeyirli olacağını zaman göstərəcək.

Ekspertlərin fikrincə, Azərbaycan ABŞ üçün rəsmi Vaşinqtonun Ankara ilə münasibətlərinin pisləşməsi fonunda böyük rol oynamağa başlayıb.

Katsın fikrincə, amerika-türk münasibətlərinin pisləşməsi ilə ABŞ və Azərbaycan arasında münasibətlərin yaxşılaşması Ankara ilə münasibətlərin normallaşdırılmasından daha vacib və real görünür.

Abbasovun fikrincə, ABŞ Ermənistana təzyiq vasitəsilə Qafqazda vəziyyətin sağlamlaşdırılmasına real şəkildə təsir edə bilər. Onun Ermənistana təzyiq etməsi Ermənistanı "soyqırım" mifi ilə spekulyasiya etməkdən çəkindirəcək və o, özünün müharibədən əvvəlki sərhədlərinə çəkiləcək.

"Bunun üçün Vaşinqtonun bütün vasitə və imkanları var və bu imkanlara Rusiya, Fransa və digər ölkələrlə səylərin paralelləşdirilməsi daxildir", - o deyib.

Onun sözlərinə görə, hadisələrin belə inkişafı yalnız Azərbaycan üçün deyil, həm də vasitəçi ölkələr üçün faydalıdır, çünki böyük dövlətlərin imicinin sağlamlaşdırılmasına aparan yol sağlam vasitəçilikdən keçir.

Ekspertlərin fikrincə, ABŞ-Azərbaycan münasibətlərinin nə dərəcədə yaxşılaşması bir çox faktorlardan asılıdır.

Katsın sözlərinə görə, ABŞ-ın Azərbaycanla münasibətləri normallaşdırmağa yönələn səylərinin nə dərəcədə müvəffəqiyyətli olacağı hər iki ölkənin hökumətlərinin buna nə dərəcədə hazır olmasından asılıdır.

"Ola bilər ki, ABŞ-Azərbaycan münasibətləri yaxın zamanlarda yaxşılaşacaq. Amma bu, qaçılmaz bir proses deyil", - Kats hesab edir.

Günterin fikrincə, əgər Azərbaycan bu işdə maraqlıdırsa, onun ABŞ ilə münasibətləri yaxın gələcəkdə yaxşılaşacaq.

"Nə olursa olsun, Rusiya sözsüz ki, bu hadisələri çox diqqətlə müşahidə edəcək", - Günter deyib.

İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Loading Bars
Xəbər lenti
2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu
Pekində COVID-19-un yayılması Çinin digər bölgələrində də epidemioloji vəziyyətini pisləşdirib
Bakı-Şuşa-Bakı ilk avtobus reysi yola düşdü (FOTO)
Azad edilən torpaqlara avtobus reyslərinin açılması bu ərazilərin inteqrasiyasında mühüm rol oynayacaq - DANX
Yanvar ayında Avropa rekord həcmdə maye qaz idxal edəcək
Husilər Səudiyyə Ərəbistanına ballistik raket atıblar
Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ hərbçi yerləşdirilməsi planını təqdim edib
Peyvənd olunmuş insanlarda "omikron"un beş simptomu açıqlanıb
ABŞ HDQ husilərə partlayıcı maddələr daşıyan gəmini ələ keçirib
Qarlı hava şəraiti səbəbindən Ankara ilə İstanbulu birləşdirən yol bağlanıb
İtaliya parlamentində ölkə prezidenti seçkilərinə start verilir
Kaliforniyada şənlik zamanı atışma nəticəsində azı 4 nəfər ölüb
ÜST koronavirus pandemiyasının Avropada tezliklə bitəcəyini ehtimal edib
Azərbaycanda sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK
Malidəki hərbi bazaya hücum nəticəsində fransız hərbçi həlak olub
İşğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reysləri başlayır
Çexiyada quş qripinə yoluxma faktları qeydı alınıb
Brüsseldə etirazçılarla polis arasında toqquşma baş verib
Ermənistan prezidentinin səlahiyyətlərini parlament sədri həyata keçirəcək
Ağstafada yol qəzası nəticəsində "BMW" yanıb
ÜST "omicron"-dan daha yoluxucu ştammların meydana çıxmasını istisna etmir
Azərbaycana pakistanlı iş adamlarından ibarət heyətin səfəri təşkil olunacaq (FOTO)
Göygöldə yük avtomobili yanıb
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Ermənistan prezidenti istefa verib
Biləsuvarda çay evində yanğın olub
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər
Kamerunda gecə klubunda yanğın olub, 16 nəfər ölüb
Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Sumqayıtda yataqxana binasında yanğın olub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO/VİDEO)
İraq qüvvələri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayıblar
Burkina-Fasoda iki hərbi düşərgədə atışma olub
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
İranda daha 28 nəfər koronavirusdan ölüb
Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib
Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub
Sabah Ağdama iki avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb
Gürcüstanda koronavirusa daha 9 696 nəfər yoluxub, 28 nəfər ölüb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb
Balakəndə birmərtəbəli tikili yanıb, ölən var
Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib
İstanbulda avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var
Masallıda qanunsuz ov edən şəxs saxlanılıb
Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)
Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub
Qubada evdə kişi meyiti tapılıb
Bakıda vaqon yanıb
Türkiyədə avtobus maneəyə çırpılıb, çox sayda xəsarət alan var
Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib
Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır - TƏHLİL
Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb
Türkiyədə ötən sutka koronavirusa 72 mindən artıq yoluxma qeydə alınıb
"TikTok"un işində fasilələr yaranıb
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib
"Lamborghini" şirkəti "Aventador" modelinin varisini təqdim edəcək
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Bütün xəbərlər