...

İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

Siyasət Materials 9 İyun 2010 20:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Anibal Kavaku Silvaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Anibal Kavaku Silvaya təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Milli bayramınız - Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Portuqaliya arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və rifah diləyirəm", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti