...

İlham Əliyev Azərbaycan və Küveyt arasında hökümətlər arası sazişi təstiqləyib

Siyasət Materials 10 İyun 2010 21:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il aprelin 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında Saziş"nin təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı cümə axşamı AzərTAc dövlət informasiya agentliyi yayıb.
İlham Əliyev Azərbaycan və Küveyt arasında hökümətlər arası sazişi təstiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il aprelin 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında Saziş"nin təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı cümə axşamı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Sərəncama görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə Sazişin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Küveyt hökümətini xəbərdar etməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti