...

Gürcü hüquq müdafiəçiləri Moskvaya yola düşüblər

Siyasət Materials 14 İyun 2010 12:13 (UTC +04:00)
Moskva Helsinki qrupunun və elm adamlarının müdafiəsi konfransında gürcü hüquq müdafiəçiləri də iştirak edəcək. Bu məqsədlə iyunun 14-də "Keçmiş siyasi məhbuslar - insan hüquqları uğrunda" təşkilatının nümayəndələri Nana Kakabadze və Gela Nikolaşvili Moskvaya yola düşüblər. Konfrans iyunun 16-da keçiriləcək.
Gürcü hüquq müdafiəçiləri Moskvaya yola düşüblər

Gürcüstan, Tbilisi, 14 iyun /Trend, N.Kirsxaliya/

Moskva Helsinki qrupunun və elm adamlarının müdafiəsi konfransında gürcü hüquq müdafiəçiləri də iştirak edəcək. Bu məqsədlə iyunun 14-də "Keçmiş siyasi məhbuslar - insan hüquqları uğrunda" təşkilatının nümayəndələri Nana Kakabadze və Gela Nikolaşvili Moskvaya yola düşüblər.
Konfrans iyunun 16-da keçiriləcək.

Moskva hüquq müdafiəçiləri Sergey Kovalyov və Ernst Çornı bir neçə ay bundan əvvəl Tbilisidə olublar və penitensiar sistemdəki vəziyyəti öyrəniblər.

"Moskva konfransında başlıca diqqət insan hüquqları sahəsində mövcud problemlərə, eləcə də Gürcüstan və Rusiyadakı antidemokratik rejimləri xarakterizə edən oxşarlıqlara yönələcək". Bu barədə Nikolaşvili bəyan edib.

Xəbər lenti

Xəbər lenti